Mərakeş və İspaniya DEAŞ-a qarşı birgə əməliyyat təşkil etdi

Mərakeş Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, iki ölkənin təhlükəsizlik qüvvələrinin birgə əməliyyatları nəticəsində DEAŞ-ın 5 nəfərdən ibarət özəyi məhv edilib.

966560

Şübhəlilərdən üçü İspaniya ilə sərhəddə yerləşən Fenadik şəhərində, Mərakeş və Seneqal vətəndaşı olan digər iki nəfər isə İspaniyanın Bilbao şəhərində yaxalandılar.

Şübhəlilərin Suriya və İraq kimi müharibə bölgələrində olan terror təşkilatı DEAŞ üzvləri ilə koordinasiyalı fəaliyyət göstərdikləri müəyyən olundu. Keçirilən əməliyyatlarda hərbi təchizat və elektron alətlər də ələ keçirildi.

Әlaqәli Xәbәrlәr