"İranla nüvə müqaviləsi ABŞ-dan asılı olmamalıdır”, J.İ.Drian

Almaniya Xarici İşlər naziri Heiko Maas və Fransa Xarici İşlər naziri Jan İv le Drian Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən çəkilmə təhdidinə baxmayaraq, ölkələrinin öhdəliklərinə sadiq qalacağını açıqlayıblar

965964
"İranla nüvə müqaviləsi ABŞ-dan asılı olmamalıdır”, J.İ.Drian

  Almaniyanın paytaxtı Berlində birgə mətbuat konfransında iştirak edən Heiko Maas deyib: “İranla nüvə müqaviləsindən imtina edilərsə, razılaşma uğursuzluqların artmasına yol açacaq. 2013-cü ildən əvvəlki dövrə qayıtmaqdan ehtiyat edirik və bunun kimsənin xeyri olmayacaq… İranla 2015-ci ildə bağlanılan nüvə müqaviləsi dünyanı əmin-amanlığa aparır… Müqavilədə məhdudiyyət və nəzarət mexanizmlərinə uyğun bir alternativ görmürük".

  Fransa Xarici İşlər naziri Jan İv le Drian da alman həmkarı kimi nüvə müqaviləsini qorumaqda qərarlı olduqlarını vurğulayıb. O deyib: “Sözügedən müqavilə İranın artıq nüvə silahı inkişaf etdirməməsinin təmini üçün doğru yoldur. Bu müqavilə ABŞ-dan asılı olmamalıdır”.

  Qeyd edək ki, 2015-ci ilin iyul ayında Aİ və P5 + 1 ölkələri qrupu (Çin, Almaniya, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ) İranla nüvə müqaviləsi imzalayıb və bunu Əhatəli Birgə Fəaliyyət Planı (JCPOA) adlandırıb.



Әlaqәli Xәbәrlәr