Türkiyə ilə Almaniya arasındakı əlaqələrdə yeni dövr başlayır

Almaniyanın Avropa ittifaqı işləri üzrə dövlət naziri Michael Roth, Türkiyəyə rəsmi səfərə gedir.

965400
Türkiyə ilə Almaniya arasındakı əlaqələrdə yeni dövr başlayır

Alman Xarici İşlər Nazirliyinin məlumatına görə, dövlət naziri Roth Türkiyəyə səfəri çərçivəsində Avropa İttifaqı İşləri üzrə nazir və Başmüzakereci Ömər Çəlik, müxalif partiyaların və qeyri-hökumət təşkilatların nümayəndələri ilə bir araya gələcək. İstanbul Kültür Universitetində keçiriləcək müzakirə tədbirində iştirak edəcək. O həmçinin Ankarada, Aİ tərəfindən maliyyələşdirilən Suriyalı qaçqınlara sağlamlıq xidməti mərkəzinə baş çəkəcək.

Alman nazir səfəri əvvəlində verdiyi açıqlamada: "Bütün çətinliklərə baxmayaraq Almaniya və Türkiyə əhəmiyyətli mövzularda yenidən güclü əməkdaşlıq etmək məcburiyyətindədir. Qarşılıqlı dialoqun  güclənməsi   də   əhəmiyyət  kəsb edir”  deyǝ  vurğulayıb.



Әlaqәli Xәbәrlәr