"Biz BMT və Aİ-dən müstəqil şəkildə məsələni həll etməyə çalışırıq", M.Avn

Livan prezidenti Mişel Avn ölkəsinin suriyalı qaçqınlar probleminə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqından (Aİ) müstəqil həll tapmağa çalışdığını bildirib.

964194
"Biz BMT və Aİ-dən müstəqil şəkildə məsələni həll etməyə çalışırıq", M.Avn

    Avropa parlamenti nümayəndə heyəti və mayın 6-də keçiriləcək parlament seçkilərini izləyəcək müşahidəçiləri paytaxt Beyrutdakı Baabda Sarayında qəbul edən M.Avn onlarla söhbətində deyib:

  “Suriyalı qaçqınlar məsələsi Livanın təhlükəsizlik, sabitlik və hakimiyyətilə birbaşa əlaqəli bir problemdir. Biz BMT və Aİ-dən müstəqil şəkildə məsələni həll etməyə çalışırıq. Aİ-dən sadəcə suriyalı qaçqınların ölkələrinə qayıdışının təmini və dönmələrinin izlənilməsi məsələsində bizə yardımçı olmasını gözləyirik".

  Xatırladaq ki, Livan prezidenti ötən ay Brüsseldə keçirilən "Suriyanın və regionun gələcəyinin dəstəklənməsi” konfransından sonra BMT və Aİ-nin yaydığı bəyanatda yer alan "qaçqınların ölkələrinə könüllü olaraq qayıtması" fikrinə qarşı çıxmış, Livanın qaçqınları daşımaq istəmədiyini, BMT və beynəlxalq cəmiyyətə siyasi həll olmadan da suriyalı qaçqınların təhlükəsiz bölgələrə qayıdışında asanlıq təmin olunmasını istəmişdi.

  Qeyd edək ki, əhalisinə nisbətən ən çox qaçqın saxlayan Livanda, BMT rəqəmlərinə görə, təxminən 1 milyon suriyalı qaçqın var. Livan hökumət orqanları isə bu rəqəmin təxminən 1,5 milyon olduğunu bildirir.



Әlaqәli Xәbәrlәr