ABŞ Dövlət Departamenti "mətbuat azadlığı" açıqlamasında İsraili yada salmadı

ABŞ Dövlət Departamenti Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə dünyanın müxtəlif bölgələrində vəzifə başında öldürülən jurnalistlərdən bəhs etdi, lakin Qəzzada fələstinli jurnalistləri öldürən İsraili yada salmadı.

963565
ABŞ Dövlət Departamenti "mətbuat azadlığı" açıqlamasında İsraili yada salmadı

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert dünyanın müxtəlif bölgələrində jurnalistlərin öldürülməsinə dair açıqlama verdi. Lakin sözçünün İsraili yada salmaması diqqət çəkdi.
 
 Sözçü: "Malta, Meksika, Rusiya, Slovakiyada və Əfqanıstanda BBC müxbirlərinin öldürülməsi ilə bağlı hesabat verilməsini israrla tövsiyə edirik" dedi.
 
 Nauert bu açıqlamasında İsrail snayperləri tərəfindən Qəzzadakı etiraz aksiyalarını təqib edərkən öldürülən fələstinli jurnalistlər  Yasir Murteca və Əhməd Əbu Hüseyndən bəhs etmədi.
 
 İsrailin adının çəkilməməsi ilə əlaqədar verilən suala Nauert: "Təəssüf ki, dünyanın bir çox yerində jurnalistlər ölür. Bunun mühüm olmasına baxmayaraq, dünyanın hər tərəfində öldürülən hər bir jurnalistdən bəhs etməyəcəyəm. Toxunduğunuz məsələdə həyatlarını itirənlər üçün hər zaman kədərlənirik. İsrailə gəlincə, zorakılığın sona çatması məsələsində daha böyük problemlər var və İsrailin özünü müdafiə haqqı olduğunu düşünürük" deyə cavab verdi.
 
Dövlət Departamentinin sözçüsü  Myanma, Kuba, Misir, Türkiyə və Çində  jurnalistlərin həbsi ilə əlaqədar məlumatlar verdi.



Әlaqәli Xәbәrlәr