Separatçı bask təşkilatı ETA özünü buraxdı

İspaniyanın şimalı və Fransanın cənub-şərqində baskların müstəqil dövlətini qurmaq üçün 40 il mübarizə aparan separatçı "Bask Yurdu və Azadlıq" (ETA) təşkilatı fəaliyyətini dayandırdığını elan etdi.

962966

Məlumatı İspaniyanın "El Diario" adlı internet qəzeti verdi.

Təşkilatın 16 aprel tarixli məktubunu dərc edən qəzet ETA-nın tamamilə dağıldığını billdirdi.

2011-ci ildə atəşkəs elan edən təşkilat keçən il  silahlarını təslim etdib.

Qeyd edık ki, İspaniyada diktator Franconun hakimiyyətdə olduğu 1959-cu ildə yaradılan təşkilat yeni diktator olmağa hazırlaşan baş nazir Luis Carrero Blanconu 1973-cü ildə öldürərək bütün dünyaya səs salmışdı.

İspaniyanın şimalı ilə Fransanın cənub-qərbində uzun illər müstəqil dövlət yaratmaq üçün mübarizə aparan separatçı təşkilat terror aksiyaları  təşkil edərək təxminən 850 insanın ölümünə səbəb olub.

Təşkilat 10 gün əvvəl də günahsız insanlara verdiyi zərərə görə üzr istəyib.

Әlaqәli Xәbәrlәr