‘‘Rusiyanın milli rәmzinә qarşı atılan bu addım qәbuledilmәzdir’’

Bunu Rusiyanın Vaşinqtondakı sәfirliyinin rәsmilәri bildiriblәr.

962416
‘‘Rusiyanın milli rәmzinә qarşı atılan bu addım qәbuledilmәzdir’’

Rusiyanın Sietldakı konsulluğundakı bayrağı endirilib.

Bu barәdә Rusiyanın Vaşinqtondakı sәfirliyi mәlumat yayıb. Mәlumata görә, bayraq amerikalı rәsmilәr tәrәfindәn endirilib.

Mәlumatda  ABŞ-ın bu adımının qeyri-qanuni olduğu  vә endirilәn bayrağın yenidәn konsulluğa asılmasının vacibliyi vurğulanıb.

Konsulluq әrazisinin Rusiya dövlәtinin mülkü olduğunu xatırladan sәfirlik rәsmilәri: ‘‘ Rusiyanın milli rәmzinә qarşı atılan bu addım qәbuledilmәzdir’’ deyә qeyd ediblәr.


Etiketlәr: #Rusiya , #Vaşinqton , #ABŞ , #bayraq

Әlaqәli Xәbәrlәr