Paytaxt Tripolidə seçki komissiyasına hücum olub

Liviyanın paytaxtı Tripolidə Ali seçki komissiyası binasına bombalı hücum təşkil edilib.

962546
Paytaxt Tripolidə seçki komissiyasına hücum olub

Liviya Mərkəzi Seçki Komissiyası mənbələrindən əldə edilən məlumata əsasən törədilən hadisə nəticəsində 5 nəfər həyatını itirib.

Komissiyanın şərhində bildirilib ki, terror təşkilatı DEAŞ üzvü olduğu bildirilən kamikadze Qavt əş-Şəal bölgəsindəki komissiya binasına girərək, üzərindəki bombanı partladıb. Sonra binaya daxil olan digər təşkilat üzvləri ilə təhlükəsizlik əməkdaşları arasında silahlı qarşıdurma olub. 5 nəfərin öldüyü hadisə nəticəsində yaralananlar da var.



Әlaqәli Xәbәrlәr