Makron: "Trampın qərarı nə olacaq, bilmirəm"

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın mayın 12-də başa çatacaq nüvə müqaviləsinə dair hansı qərar verəcəyi barəsində məlumatı olmadığını bildirdi.

962045
Makron: "Trampın qərarı nə olacaq, bilmirəm"

Fransa prezidenti Emmanuel Makron Avstraliyanın Baş naziri Malkolm Turnbull ilə görüşdü.

Görüşdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran Fransa prezidenti ABŞ prezidenti Donald Trampın mayın 12-də başa çatacaq nüvə müqaviləsinə dair hansı qərar verəcəyi barəsində məlumatı olmadığını bildirdi.
 
Qeyd edək ki, ABŞ və Fransa prezidentləri Ağ Evdə keçirdikləri birgə mətbuat konfransında İranla nüvə müqaviləsinə və Suriya məsələsinə dair açıqlamalar vermişdilər. Makron: "Bu andan etibarən İranla yeni nüvə müqaviləsi məsələsi ilə bağlı danışıqlar aparmaq niyyətindəyik. İranla yeni danışıqlara Türkiyə və Rusiya da qoşulmalıdırlar" demişdi.
 
Tramp isə, müqavilənin taleyi ilə bağlı danışıqları davam etdiklərini və Fransa ilə bu məsələ ilə bağlı çox səmərəli görüşlər keçirdiklərini bildirməklə kifayətlənmişdi.
 
 İranın dini lideri Əli Xamneyi Tramp və Makronun görüşü ilə əlaqədar açıqlama verərkən Tehrana faydası olmayacaq bir nüvə müqaviləsinə "hə" demələrinin mümkün olmadığını söyləmişdi.



Әlaqәli Xәbәrlәr