Tereza Mey hökumətində 4-cü nazir istefa verdi

O, deportasiya həyata keçirilməsində parlamentin məsələyə dair araşdırma komissiyası qarşısında "məlumatı olmadığını" söyləyərək, özünü müdafiə etmişdi, amma ...

960914
Tereza Mey hökumətində 4-cü nazir istefa verdi

  İngiltərə Daxili İşlər Nazirliyinin miqrantlara qarşı deportasiya həyata keçirmək məsələsində parlamentə yanlış məlumat verdiyi üzə çıxan nazir Ember Rud (Amber Rudd) istefa verib. Onun istefası Baş nazir Tereza Mey tərəfindən qəbul edilb.

  Ember Rud İkinci Dünya Müharibəsindən sonra, başda Karib hövzəsində olmaqla, qədim koloniyalardan işçi olaraq İngiltərəyə gələn miqrantların zorla deportasiya tətbiqilə əalqədar müxalifətin hədəfində idi. O, deportasiya həyata keçirilməsində parlamentin məsələyə dair araşdırma komissiyası qarşısında "məlumatı olmadığını" söyləyərək, özünü müdafiə etmişdi. Amma deportasiya tətbiqi birbaşa Ruddun göstərişi və iş biliyi nəticəsində həyata keçirilmişdi.

  Qeyd edək ki, Amber Rudun adı İngiltərədə iqtidardakı Mühafizəkar Partiyanın potensial lider namizədləri arasında da keçirdi.

  Beləliklə, Rudd noyabr ayından bu yana Tereza Mey hökumətində istefa verən 4-cü nazir oldu. Ondan əvvəl Müdafiə naziri Maykl Fallon, Baş nazirin müavini Demian Qrin və Təhsil naziri Justina Qrininq istefalarını vermişdi.



Әlaqәli Xәbәrlәr