"Nobel"i Tramp alsın, bizim almaq istədiyimiz ancaq sülhdür", M.Cye

Cənubi Koreya lideri Mun Cye (Moon Jae) ölkəsi ilə Şimali Koreyanın barışmalı olduğunu söyləyib.

961485
"Nobel"i Tramp alsın, bizim almaq istədiyimiz ancaq sülhdür", M.Cye

  Cənubi Koreya başçısı Mun Cye və Şimali Koreya prezidenti Kim Con İnin Panmuncomda əl-ələ sərhədi keçmələri və birgə bəyannamə imzalamalarından sonra hər iki liderin Nobel Sülh mükafatına layiq görülməsi gündəmə gəlib. 

  Nobel Sülh mükafatının sahibi keçmiş lider Kim Day Yanqın (Kim Dae-Yung) xanımı Muna göndərdiyi təbrik mesajında onun da bu mükafatı qazanmasına ümid etdiyini deyib.

  Ancaq Mun mükafatın özü üçün o qədər də önəmli olmadığını mətbuat konfransında dediyi bu sözlərlə ifadə edib: “Nobel mükafatını ABŞ prezidenti Donald Tramp alsın, bizim almaq istədiyimiz tək şey sülhdür".



Әlaqәli Xәbәrlәr