Almaniyada Ramazan şənliyinin qarşısı alınır

Almaniyanın Dortmund şəhərində bu il 7-ci dəfə keçiriləcək ramazan şənliyi üçün nəzərdə tutulan məkana aid icarə müqaviləsi rayon məclisi tərəfindən ləğv edildi.

959284
Almaniyada Ramazan şənliyinin qarşısı alınır

Almaniyada Ramazan şənliyi "Avropada bir başqa zaman bambaşqa Ramazan" şüarı ilə təşkil olunurdu.

"Festi Ramazan" şənliyində fərqli insanlar, fərqli mədəniyyətlər görüşürdü. 

 Mədəniyyətlərin zənginliyi alman kanallarının da diqqətini çəkirdi, ekranlarda işıqlandırılırdı.

Ramazan boyu davam edən şənliyin keçirilməsini istəməyən 90 insan imza toplayaraq, onları Dortmundun rayon məclisinə təqdim etdilər.

Məclisdə gizli səsvermə keçirildi, icarəyə götürülən məkanın icarə müqaviləsi ləğv edildi.

Bayram təbiri ilə əlaqədar məclisin verdiyi bu qərara qarşı müsəlman vətəndaşlar reaksiya göstərdilər.

"Festi Ramazan"ın idarə heyətinin sədri Ergün Özkara qərarın siyasi olduğunu vurğuladı və şənliyin bu il də keçirilməsi üçün alternativ məkan axtardıqlarını bildirdi.

 

 

 



Әlaqәli Xәbәrlәr