Donalt Tramp vә Vladimir Putin arasında telefon danışığı olub

Mәlumata görә,  Donald Tramp Vladimir Putini Ağ Evә dәvәt edib.

955643
Donalt Tramp vә Vladimir Putin arasında telefon danışığı olub

ABŞ Prezidenti Donalt Tramp (Donald Trump) vә Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Mәlumata görә,  Donald Tramp Vladimir Putini Ağ Evә dәvәt edib.

Bu barәdә Rusiyanın Xarici İşlәr naziri Sergey Lavrov mәlumat verib.

Mәlumatda Donald  Trampın hәmçinin Rusiyaya sәfәr etmәkdәn mәmnun olacağını dediyi bildirilib.

Sergey Lavrov  iki liderin  ölkələrinin  qarşı-qarşıya gəlməsinə icazə verməyəcəyini də vurğulayıb.

Rusiyanın XİN rəhbəri rəsmi  Moskvanın bölgәdәki ''qırmızı xәttlәrini'' Suriyada keçirilәn әmәliyyatdan әvvәl Vaşinqton rəhbərliyinə  bildirdiyini vә әmәliyyat zamanı bu xәttlәrin nәzәrә alınmadığını söylәyib.

Lavrov  ABŞ-ın aprelin 14-dә keçirdiyi hücumunun  Rusiyanın Suriya rejiminə S-300 raket sistemi  satma mövzusundakı tərəddüdünü aradan qaldırdığını da bildirib.



Әlaqәli Xәbәrlәr