ABŞ Dumayla bağlı açıqlama verdi

Amerika Birləşmiş Ştatları aprelin 7-dә  Suriyanın Duma bölgəsində törədilən  hücumda ‘‘xlor’’  və ‘‘zarin’’ qazlarının  istifadə edildiyini bildirib.

953650
ABŞ Dumayla bağlı açıqlama verdi

Amerika Birləşmiş Ştatları aprelin 7-dә  Suriyanın Duma bölgəsində törədilən  hücumda ‘‘xlor’’  və ‘‘zarin’’ qazlarının  istifadə edildiyini bildirib.

Bu barәdә ABŞ Dövlәt Departamentinin sözcüsü Hizır Noert (Heather Nauert) keçirdiyi mәrbuat konfransında qeyd edib.

Hizır Noert çıxışı zamanı  Kimyәvi Silahların Qadağan Edilmәsi Tәşkilatının mütәxәssislәrindәn ibarәt heyәtin  Dumaya daxil olduğu ilә bağlı yayılan mәlumatların hәqiqәti әks etdirmәdiyini qeyd edib.

" Suriya dövlət mediasının mütәxәssislәrdәn ibarәt heyətin Dumaya daxil olduğu ilә bağlı xәbәrlәr yaydığını bilirik. Bizim etibarlı hesab etdiyimiz mәnbәlәr heyәtin hәlә ki,  Dumaya gәlmәdiyini bildirir’’ deyә Hizır Noert vurğulayıb.

Heyәtin әn qısa zamanda bölgәyә getmәsini istәdiklәrini bildirәn Noert: ‘‘Dәlillәr aradan qaldırılmamış heyәtin Dumaya getmәsini istәyirik’’ deyә bildirib.



Әlaqәli Xәbәrlәr