"Biz bu ölkədə keçiriləcək seçkilərin nəticələrini tanımayacağıq”, X.M.Santos

Kolumbiya dövlət başçısı Xuan (Juan) Manuel Santos Venezuela hökumətinin təkcə Kolumbiyaya deyil, bütün bölgəyə zərər verdiyini və ona görə bu ölkə rəhbərliyinə qarşı amansız olacaqlarını deyib.

951845
"Biz bu ölkədə keçiriləcək seçkilərin nəticələrini tanımayacağıq”, X.M.Santos

   X.M.Santos Perunun paytaxtı Limada keçirilən Amerikalar Sammitində çıxışında qonşu ölkədəki siyasi və iqtisadi böhrandan ən çox təsirlənən ölkənin Kolumbiya olduğunu söyləyib: “Kolumbiyaya köçən venesuelalılara qarşı hər zaman cəsur olduq və bu şəkildə davranmağa davam edəcəyik. Venesuellaya deyil, bütün bölgəyə zərər verən bu ölkənin zalım rejiminə qarşı isə amansız olacağıq. Biz bu ölkədə keçiriləcək seçkilərin nəticələrini tanımayacağıq.”

  Kolumbiya prezidenti Suriyada Əsəd rejiminin Şərqi Qutadakı vətəndaşları kimyəvi silahla hədəfə götürməsinə də reaksiya bildirib: "Bir daha bu hərəkəti qətiyyətlə pisləyirik".



Әlaqәli Xәbәrlәr