Mariya Zaxarova Suriyada keçirilən hərbi əməliyyatla bağlı açıqlama verib

Rusiya ABŞ, İngiltәrә vә Fransanın Suriyada keçirdiyi hәrbi әmәliyyata sәrt reaksiya göstәrib.

951222
Mariya Zaxarova Suriyada keçirilən hərbi əməliyyatla bağlı açıqlama verib

Rusiya Prezidenti Vladimir Putin ABŞ, İngiltərə və Fransanın Suriyaya zərbələr endirməsinə münasibət bildirib.

Hücumu qınadığını deyәn Vladimir Putin hadisəni terrora qarşı mübarizənin ön cəbhəsində olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb.

Rusiya ABŞ, İngiltәrә vә Fransanın Suriyada keçirdiyi hәrbi әmәliyyata sәrt reaksiya göstәrib.

''Suriyaya o, dinc gələcək üçün şans qazandığı  vaxtda zərbə endirildi''.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib

Mariya Zaxarova hücumdan sonra şəxsi internet səhifvsindən açıqlama verib.

Onun sözlərinə görə, uzun illər Suriyanın  paytaxtı terror hücumları şəraitində ayaqda qalmağa çalışıb.

“Əvvəl Suriya  xalqını “ərəb baharı”, sonra DEAŞ, indi isə ABŞ-ın “ağıllı raketləri” ilə sınağa çəkdilər”,-deyə Rusiya XİN rəsmisi qeyd edib.

Rusiyanın Baş Qərargah Rəisliyi İdarəsinin sədri, ordu generalı Sergey Rudskoy da Suriya hava müdafiə sistemlərinin ABŞ, İngiltərə və Fransanın Suriya rejimini hədəf götürən hava hücumu zamanı fırladılan 103 raketin 71-nin zərərsizləşdirildiyini bildirib.



Әlaqәli Xәbәrlәr