BMT TŞ Suriyaya qarşı əməliyyatı qınayan qətnamə layihəsini qəbul etmədi

Rusiyanın BMT TŞ-da ABŞ,İngiltərə və Fransanın Suriyaya qarşı həyata keçirdikləri hava əməliyyatlarının qınamasını tələb edən qətnamə layihəsi qəbul edilmədi.

951598

Birləşmiş Milllətlər Təşkilatının Təhlükəsizlik Şurası Rusiyanın tələbi ilə təcili iclas keçirdi.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heyli ( Niki Haley ) BMT TŞ-da çıxış edərək: "Böyük Britaniya Birləşmiş Krallığı, Fransa və ABŞ  intiqam almaq, cəzalandırmaq, və ya güc nümayiş etdirmək üçün deyil, Suriya rejiminin bəşəriyyətə qarşı törətdiyi vəhşiliyə görə məsuliyyət daşıdığını göstərmək və kimyəvi silahlardan  bir daha istifadənin  qarşısını almaq üçün hərəkətə keçdi" dedi.
Dəfələrlə məsələnin diplomatik yolla həll edilməsinə cəhd göstərdiklərini qeyd edən Heyli: "Suriya rejimi kimyəvi silahdan istifadəyə davam edərək bizi hərəkətə keçməyə məcbur etdi" dedi.

Әlaqәli Xәbәrlәr