Donald Tramp Suriya ilə əlaqəli bütün seçimlərin masada olduğunu söylədi

ABŞ prezidenti D.Tramp Suriyaya hərbi müdaxilə olacağına dair siqnal verdi.

947727
Donald Tramp Suriya ilə əlaqəli bütün seçimlərin masada olduğunu söylədi

ABŞ prezidenti D.Tramp Suriyaya  hərbi müdaxilə olacağına dair siqnal verdi.

Məsələni hərbi məsullarla müzakirə etdiyini bildirən Trampın bir sual qarşısında bütün seçimlərin masada olduğunu söyləməsi Suriyaya hərbi əməliyyata hazırlaşıldığına dair yozumlara səbəb oldu.

Tramp "çirkin bir hücum" adlandırdığı hadisənin arxasında "Rusiyamı, İranmı, Suriyamı yoxsa hamısı birdənmi var, qərar verəcəyik" ifadəsini işlədib.

Həmin dəqiqələrdə ABŞ Dövlət Departamenti də "bu, qəbul edilə bilməz zülmün nəticələri olacaq" deyə açıqlama yaydı. 

Qeyd edək ki, Əsəd rejiminin Şərqi Qutada müxalifətin nəzarətindəki son bölgə olan Duma qəsəbəsində mülki yaşayış məntəqələrinə aprelin 7-də kimyəvi silahla etdiyi hücumda 78 dinc vətəndaş həyatını itirib.



Әlaqәli Xәbәrlәr