"Səmimi  әmәkdaşlığı vә dialoqu davam etdirmәliyik", Y. Yunker

Avropa  Komissiyasının prezidenti Yan Klod Yunker çıxışı zamanı Türk xalqının böyük və cəsur bir millət olduğunu  bildirdi.

938187
"Səmimi  әmәkdaşlığı vә dialoqu davam etdirmәliyik", Y. Yunker

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan, Avropa İttifaqı  Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının prezidenti Yan Klod Yunker və Bolqarıstanın Baş naziri Boyko Borisovla Varnada keçirilәn  Türkiyə-Avropa İttifaqı  zirvə görüşündən sonra birgə mətbuat konfransı keçirdilәr.

Avropa  Komissiyasının prezidenti Yan Klod Yunker çıxışı zamanı Türk xalqının böyük və cəsur bir millət olduğunu  bildirdi.

Türkiyənin Avropa İttifaqının  əsl tərəfdaşı olmasını istədiklərini ifadə edən Yunker: "Strateji tərəfdaşlıqda bizi bir araya gətirənlər ətrafında toplaşmaq və bizi bölәn  məsələlərə həll tapmaq üçün səmimi  әmәkdaşlığı vә dialoqu davam etdirmәliyik’’ dedi.

Türkiyənin Afrindә keçirdiyi әmәliyyata da toxunan Yunker  hәr növ  müdaxilənin beynəlxalq hüquq normaları çərçivəsində hәyata keçirilmәsinin vacibliyini vurğuladı.

Qaçqın mәsәlәsinә dә toxunan Yunker bildirdi ki, Avropa İttifaqına  gələn qaçqınların sayı 75 % azalıb. Bu, Türkiyə dövlətinin uğurudur.

Avropa İttifaqının 3 milyard avroluq yardım mәsәlәsindәki  öhdәliklәrini  yerinә yetirmәsinә dair hәr hansı şübhә olmamalıdır’’ deyәn Yunker bunu yerinә yetirәcәklәrini bildirdi.

Türkiyәnin Avropa İttifaqına tam hüqüqlu üzvlük mәsәlәsini dәstәklәdiyini qeyd edәn Yunker: ‘‘Heç vaxt üzvlük müzakirәlәrinin dayandırılmasının tәrәfdarı olmamışam. Türkiyə ilə danışıqların davamının təminatçısıydım vә olmağa da davam edәcәm’’ deyә söylədi.

Yunker Türkiyənin üzv ölkələrlə münasibәtlәrini  xüsusilə də Cənubi Kıbrıs  və Yunanıstanla  inkişaf etdirməsinin vacibliyini vurğuladı,  Avropa İttifaqı  və Türkiyə arasında dialoqun inkişaf etdirilməsi üçün bunun vacib dedi.



Әlaqәli Xәbәrlәr