UNİCEF Yәmәnlә bağlı açıqlama verdi

Yәmәndә keçәn il baş verәn toqquşmalar nәticәsindә hәr gün 5 uşağın öldüyü vә ya yaralandığı tәsdiqlәnib.

937364
UNİCEF Yәmәnlә bağlı açıqlama verdi

Yәmәndә keçәn il baş verәn toqquşmalar nәticәsindә hәr gün 5 uşağın öldüyü vә ya yaralandığı tәsdiqlәnib.

Bu barәdә BMT-nin Uşaqlara Yardım Fondundan (UNİCEF) verilәn mәlumatda bildirilib.

UNİSEF-in Orta Şәrq vә Şimali Afrika üzrә direktoru Qert Cappelar (Geert Cappelaere) İordaniyanın paytaxtı Ammanda verdiyi açıqlamada bildirib ki: ‘‘Yәmәndә  2017-ci ildә hәr gün azı 5 uşaq öldü vә ya yaralandı. Eyni il vәba vә difteriya epidemiyaları sәbәbindәn dә çox sayda uşaq öldü’’

Cappelar Yəməndәki  uşaqların 3 ildir  davam edən müharibə səbəbindәn ciddi problemlәrlә üzlәşdiyini qeyd edib.

Ölkədəki təhsil vəziyyətinə də toxunan Cappelar təxminən 2 milyon uşağın məktəbə getmədiyini vurğulayıb.

Cappelar ölkәdәki 2 min 500 mәktәbin ya toqquşmalar nәticәsindә dağıldığını, ya da  hәrbi mәqsәdlәr üçün istifadә edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr