ABŞ prezidenti Donald Tramp İranı sərt sözlərlə tənqid etdi

D.Tramp bunu Novruz bayramını təbrik etmək münasibətilə yaydığı bəyanatında dilə gətirdi.

933422
ABŞ prezidenti Donald Tramp İranı sərt sözlərlə tənqid etdi

D.Tramp bunu Novruz bayramını təbrik etmək münasibətilə yaydığı bəyanatında dilə gətirdi.

ABŞ prezidenti Trump yazın ilk günü hesab edilən Novruzla bağlı yaydığı bəyanatda bildirib ki, yazın ilk gününü bayram kimi qeyd edən dünya miqyasındakı milyonlarla insanı Novruz bayramı münasibətilə təbrik edirəm.

Tramp bəyanatının qalan hissələrində geniş bir şəkildə İran rəhbərliyini və İran İnqilab Keşikçilərini tənqid edib.

 Digər tərəfdən, Novruzla əlaqəli yazılı açıqlama yayan ABŞ Dövlət katibinin müavini John Sullivan da Novruz ənənəsini qeyd edən hər kəsin bayramını təbrik edib.

Sullivan deyib ki, ABŞ, Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və dünyanın digər bölgələrində Novruz üçün bir araya gələn hər kəsə ən yaxşı arzularımı çatdırıram.

Yazın ilk günü qəbul edilən və hər il dünya daxilində milyonlarla insan tərəfindən müxtəlif tədbirlərlə qeyd edilən Novruz Türkiyədə də 21 Martda qeyd olunur.



Әlaqәli Xәbәrlәr