ABŞ dövlət katibinin müavini Wess A. Mitchel Kosovodadır

Amerika Birləşmiş Ştatları dövlət katibinin müavini Wess A. Mitchel Kosovoda prezident Hashim Thaçi ilə görüşdü.

928395
ABŞ dövlət katibinin müavini Wess A. Mitchel Kosovodadır

Amerika Birləşmiş Ştatları dövlət katibinin müavini Wess A. Mitchel Kosovoda prezident Hashim Thaçi ilə görüşdü.
 
 Paytaxt Priştinadakı Adəm Jashari Hava Limanında baş tutan görüşdən sonra Mitchel və Thaçi birgə mətbuat konfransı keçirdilər.
 
 Mitchel ABŞ-ın Kosovonun yanında olduğunu və olmağa davam edəcəyini bildirərək, DEAŞ başda olmaqla terrorizmlə mübarizəyə qarşı fəaliyyət göstərmək istədiklərini söylədi.
 
 Kosovonun müstəqillikdən sonra son 10 ildə qtisadi inkişaf yolunda əhəmiyyətli irəliləyişlər əldə etdiyii dilə gətirən Mitchel: "Kosovo Qərbə doğru meylini təminat altına almaq üçün il ərzində mühüm addımlar atmalıdır" dedi.
 
 Mitchel görüşdə sərbəst viza rejimi məsələsində Kosovonun Serbiya ilə dialoq və Çernoqoriya ilə sərhədlərinin müəyyənləşdirilməsi məsələlərinin də müzakirə olunduğunu bildirərək: "Kosovonun təhlükəsizliyi mövzusunda heç kimin veto hüququ yoxdur" dedi.
 
 Mitchel Kosovonun iqtisadi inkişafında qanunun aliliyinin və korrupsiyaya qarşı mübarizənin böyük əhəmiyyət kəsb etdiyini də dilə gətirdi.
 
 Kosovo Prezidenti Hashim Thaçi də ABŞ-ın Kosovonun strateji tərəfdaşı olmağa davam edəcəyini bildirərək, ölkənin milli və beynəlxalq səviyyədə güclənməsi üçün aktiv bir şəkildə çalışdığını qeyd etdi.
 
 Serbiya ilə münasibətlərin normallaşması istiqamətində iş apardıqlarını deyən Thaçi Kosovonun ərazilərinin alınmasına, ya da dəyişikliyinə icazə verməyəcəyini vurğuladı.



Әlaqәli Xәbәrlәr