Suriya rəhbərliyi yenidən kimyəvi silahdan istifadə etsə bu, çox ağılsız bir qərar olacaq

Bunu Amerika Birləşmiş Ştatlarının  Müdafiə naziri Ceyms Mattis (James Mattis) Oman səfərindən əvvəl  jurnalistlərin suallarını cavablandırarkən söylədi.

927704
Suriya rəhbərliyi yenidən kimyəvi silahdan istifadə etsə bu, çox ağılsız bir qərar olacaq

 Amerika Birləşmiş Ştatlarının  Müdafiə naziri Ceyms Mattis (James Mattis) Oman səfərindən əvvəl  jurnalistlərin suallarını cavablandırdı.
 
 Mattis: "Suriya rəhbərliyi yenidən kimyəvi silahdan istifadə etməyə qərar versə, bu, onlar üçün çox ağılsız bir qərar olacaq" deyərək bu vəziyyətin hərbi nəticələrə yol açacağına işarə etdi.
 
 Keçən il ABŞ-ın bu səbəblə Humusda rejimə aid bir hava bazasını bombardman etdiyini xatırladan Mattis: "Məncə, prezident Donald Trump bu məsələyə aid mövqeyini açıq şəkildə ortaya qoydu" deyə danışdı.
 
 ABŞ Müdafiə naziri Suriyanın kimyəvi silah bazası ilə əlaqədar Rusiyanı günahlandırdı.



Әlaqәli Xәbәrlәr