PYD/PKK tərəfdarları London və Mançester stansiyalarını işğal etdi

Türkiyə əleyhinə şüarlar səsləndirərək əllərində terror təşkilatı dəstəbaşı Abdullah Öcalanın portretlərini daşıyan PYD/PKK tərəfdarları ingilis polisilə qarşıdurmaya girib.

927341
PYD/PKK tərəfdarları London və Mançester stansiyalarını işğal etdi

  İngiltərənin paytaxtı London və Mançesterdə separatçı terror təşkilatı PYD/PKK tərəfdarları qatar stansiyalarını işğal edib.

  Türkiyə əleyhinə şüarlar səsləndirərək əllərində terror təşkilatı dəstəbaşı Abdullah Öcalanın portretlərini daşıyan PYD/PKK tərəfdarları ingilis polisilə dəfələrlə qarşıdurmaya girib.

  Londonda “Kings Cross” və Mançesterdə “Piccadilly” qatar stansiyalarını işğal edən PYD/PKK tərəfdarları əllərində separatçı terror təşkilatını simvollaşdıran parçalar tutaraq Türkiyənin Suriyanın Afrin bölgəsində sürən Zeytin Budağı Hərəkatına qarşı etiraz bildiriblər.  

  Qatar stansiyalarında yaratdıqları qarmaqarışıqlıq kütləvi nəqliyyat vasitəsinin saatlarla dayandırılmasına səbəb olub.  



Әlaqәli Xәbәrlәr