İtaliyada seçkinin qalibi mərkəz sağ ittifaqı oldu

İtaliyada təxminən 46,6 milyon seçicinin qatıldığı ümumi seçki yerli vaxtla gecə saat 23.00-da başa çatıb.

922585
İtaliyada seçkinin qalibi mərkəz sağ ittifaqı oldu

    İtaliya seçkilərində mərkəz sağ ittifaqı 33-36 faiz səs nisbəti ilə birinci olub.

  İtaliyada təxminən 46,6 milyon seçicinin qatıldığı ümumi seçki yerli vaxtla gecə saat 23.00-da başa çatıb.

  ANSA İtaliya rəsmi agentliyinin məlumatına görə, mərkəz sağ ittifaqı 33-36, 5 Ulduz Hərəkatı (M5s) isə 29-32 faiz arası səs qazanıb.

  Keçmiş Baş nazir Silvia Berluskoninin “Fora İtalia” partiyası 12-15, Matteo Salvininin həddindən artıq sağçı Liqa partiyası 13-16, Giorgia Meloninin həddindən artıq sağçı “İtaliyanın qardaşları” partiyası 3-5 və Raffaele Fittonun “Biz İtaliya” partiyası isə 0-2 faiz səs toplayıb və ümumilikdə mərkəz sağ ittifaqı 33 - 36 faizlə ən çox səs qazanmış sayılıb. Beləliklə, adı çəkilən partiyalardan ibarət mərkəz sağ ittifaqı seçkinin qalibi olub.



Әlaqәli Xәbәrlәr