ABŞ Ukraynaya silah satışına başlayır

Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 47 milyon dollarlıq silah satacaq.

921328
ABŞ Ukraynaya silah satışına başlayır

  Ukraynaya silah satışını ABŞ Dövlət Departamenti qəbul edib, qərar Konqresə çatdırılıb.

  Ukraynanın ABŞ-dan alacağı 47 milyon dollarlıq silah-sursata 210 “Javelin” tanka qarşı raket, 37 “Javelin” proyektor, texniki dəstək, hərbi təlim və nəqliyyat daxildir.

  Ukraynanın bildirdiyinə görə, “Javelin" sistemi ölkəyə uzunmüddətli müdafiə imkanı yaradacaqdır. Bu satış bölgədəki hərbi nizamı pozmayacaq”.



Әlaqәli Xәbәrlәr