BMT TŞ Suriyada 30 günlük atəşkəsə dair qətnaməni yekdilliklə qəbul edib

BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib

917523

Mәlumata görә,  sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin bölgәdәn çıxarılması üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir.     

Sәnәd  hәmçinin xüsusilә rejim qüvvәlәrinin mühasirәsindә olan Şәrqi Quta ,Yarmuk, Fua vә Kefrayadakı blokadanın qaldırılmasını tәlәb edir.

Sənədə əsasən, atəşkəs rejimi DEAŞ, Əl Qaidə, Nusra Cәbhәsi kimi  terror təşkilatlarına və onlarla əlaqəli qruplaşmalara şamil edilmir.   

Әlaqәli Xәbәrlәr