BMT TŞ-da Suriyada atəşkəsə dair səsvermə təxirə salınıb

Bu barədə Küveytin  BMT-dəki daimi nümayəndəsi Mənsur  əl-Uteybi (Mansour Al-Otaibi) bildirib.

917135
BMT TŞ-da Suriyada atəşkəsə dair səsvermə təxirə salınıb

BMT Təhlükəsizlik Şurası Suriyada atəşkəsə dair qətnamə layihəsinə bu gün Türkiyә vaxtı ilә saat 20:00 səs verəcək.

Bu barədə Küveytin  BMT-dəki daimi nümayəndəsi Mənsur  əl-Uteybi (Mansour Al-Otaibi) bildirib.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri bütün mübahisəli məsələləri hələ ki, həll edə bilməyiblər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqini nəzərdə tutan, Küveyt və İsveçin hazırladığı qətnamə layihəsi müzakirə edilib.

Qәtnamә layihәsindә  Suriyaya humanitar yardımların  çatdırılması vә xüsusilә rejim qüvvәlәrinin mühasirәsi altında olan Şәrqi Qutadakı yaralıların çıxarılması üçün  bir aylıq  atәşkәs tәlәb edilir.



Әlaqәli Xәbәrlәr