Milli Müdafiə naziri Nurəddin Canikli ABŞ-lı həmkarı Mattis ilə görüşəcək

ABŞ-ın Müdafiə naziri Ceyms Mattis (James Mattis) gələcək həftə ərzində Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək.

906762
Milli Müdafiə naziri Nurəddin Canikli ABŞ-lı həmkarı Mattis ilə görüşəcək

ABŞ-ın Müdafiə naziri Ceyms Mattis (James Mattis) gələcək həftə ərzində Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək.

Bunu nazir Mattis Müdafiə Nazirliyindəki mətbuat otağını ziyarəti zamanı jurnalistlərə deyib.

Türkiyənin Münbiçdəki PYD/PKK-nın mövcudluğu mövzusunda narahatlığına dair sual qarşısında Mattis deyib ki, Münbiç barədə Türkiyənin təzyiqinə görə hər hansı dəyişiklik yoxdur. Rəsmi Ankaradan eşitdiklərimiz qarşısında müxtəlif narahatlıqlarımız var, ancaq indiki hədəfimiz DEAŞ-a təzyiq etmək və DEAŞ əleyhinə kampaniyanı davam etdirməkdir. Bu nöqtədə diqqətlərin yayınması barədə təşvişlərimiz var.

Türkiyənin legitimlə bağlı təşvişlərinin olduğunu deyən Mattis ən yüksək siyasi səviyyədən hərbi səviyyədə qədər Türkiyə ilə birgə addım atdıqlarını ifadə edib.

"Türkiyə NATO müttəfiqidir və sərhədləri daxilində terror təşkilatı kimi qəbul edilən PKK tərəfindən fəal toqquşmanın olduğu yeganə NATO ölkəsidir. Bu mövzuda Türkiyə ilə birgə addımlayırıq. Onların sadəcə PKK mövzusunda deyil Suriya sərhədinin Əsədin səbəb olduğu bir müharibə  sahəsinə  çevriləcəyinə dair təşvişləri var. Gələcək həftə Müdafiə naziri Nurəddin Canikli ilə Brüsseldə görüşəcəyəm” -deyə  Ceyms Mattis vurğulayıb.



Әlaqәli Xәbәrlәr