Mariya Zaxarova ABŞ-ın Rusiyaya yönәltdiyi ittihamlara münasibәt bildirib

Rusiya Xarici İşlәr Nazirliyinin sözçüsü Mariya Zaxarova  ABŞ-ın Suriyada qurduğu tәhlükәsizlik zonasının DEAŞ üzvü terrorçuların hökumәtdәn gizlәnmәsinә xidmәt  etdiyini bildirib.

906758

Mariya Zaxarova bu barәdә keçirdiyi hәftәlik mәtbuat konfransında bildirib.

"ABŞ-ın Suriyanın cənubunda yerlәşәn  Tanf bölgәsindә öz hәrbi bazasının әtrafında  tək tərəfli olaraq qurduğu 55 kilometrlik təhlükəsizlik zonası DEAŞ üzvü terrorçular tәrәfindәn istifadә edilir. Terrorçular  hәmin әrazidә Suriya hökümәt qüvvәlәrindәn gizlәnmә, qruplaşma vә çöl bölgәlәrinә yenidәn sızmaq üçün silahlanma imkanı әldә edirlәr’’,- deyә  Rusiya Xarici İşlәr Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib.

Mariya Zaxarova  ABŞ-ın Suriyada kimyəvi silah istifadəsi mәsәlәsindә Rusiyaya yönəltdiyi ittihamlara da münasibәt bildirib.

" ABŞ-ın son dövrdə təsdiq edilməmiş məlumat yayma fəaliyyətini artırdığını ifadə etmək istəyirəm" deyә Mariya Zaxarova bildirib.

Әlaqәli Xәbәrlәr