Fransada güclü qar "narıncı həyəcan"a səbəb oldu

Fransada güclü qar yağması səbəbindən 45 bölgədə "narıncı həyəcan" siqnalı verildi.

904022
Fransada güclü qar "narıncı həyəcan"a səbəb oldu

 Fransa Meteorologiya Baş İdarəsindən verilən məlumatda paytaxt Parisin də aralarında olduğu 45 bölgədə dörd mərhələli həyəcan sistemində ikinci  yerdə olan "narıncı həyəcan" siqnalının verildiyi bildirildi.
 
 Narıncı həyəcan siqnalının Ile-de-france bölgələrinə aid olduğu qeyd olundu.
 
  Ile-de-france bölgəsində  Qarın qalınlığının  10, Pays de la loire bölgəsində isə 20 santimetrə çatması səbəbindən sürücülərə diqqətli olmaları barədə xəbərdarlıq edildi.
 
Məlumatda sel səbəbindən də ölkənin 2 bölgəsində "narıncı həyəcan" siqnalı verildiyi deyilir.
 
 Paytaxt Parisdə təxminən 15 gün əvvəl güclü yağış səbəbindən Sena Çayının daşması nəticəsində 7 dəmiryolu  stansiyası bağlanmışdı.



Әlaqәli Xәbәrlәr