Hollandiyada PYD/PKK-ya qarşı etiraz aksiyası keçirildi

Hollandiyada Türk vətəndaşları terror təşkilatı PYD/PKK-ya qarşı etiraz aksiyası keçirdilər.

902599
Hollandiyada PYD/PKK-ya qarşı etiraz aksiyası keçirildi

Hollandiyada Türk vətəndaşları terror təşkilatı PYD/PKK-ya qarşı etiraz aksiyası keçirdilər.
 
 Rotterdam dəmiryolu stansiyası qarşısında keçirilən etiraza əksəriyyəti gənclərdən ibarət olan  qrup əllərində Türk bayraqları  ilə qatıldı.
 
 Aksiyada iştirak edən Türk vətəndaşları:"Türk, Kürd qardaşdır, PKK qəddardır," Rədd Olsun PKK" şüarlarını səsləndirdilər.
 
  PYD/PKK tərəfdarları keçən həftə paytaxt Amsterdamda keçirdikləri nümayişdə  iki Türk taksi sürücüsünü döymüş, bir Türk jurnalistə hücum etmişdilər.
 
 Terror təşkilatı tərəfdarları Utrecht dəmiryolu stansiyasında bu həftə keçirilən aksiyada isə Türkiyə bayrağını daşıyaraq reaksiya göstərən Türkvətəndaşlarına hücum cəhdi göstərmişdilər.
 
 PYD/PKK tərəfdarları son dövrdə Avropada bir çox məscidə də hücum təşkil edib.



Әlaqәli Xәbәrlәr