İsrail prezidenti AŞPA-da Xocalı faciəsini soyqırımlar sırasında qeyd etdi
İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost (yəhudi soyqırımı) qurbanları ilə bağlı keçirilən mərasimdəki çıxışında Xocalı faciəsini də dünyada törədilən soyqırımlar və kütləvi qətllər sırasında qeyd edib.
İsrail prezidenti Xocalı faciəsini dünyadakı kütləvi qətllər sırasında qeyd edib.
İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost (yəhudi soyqırımı) qurbanları ilə bağlı keçirilən mərasimdəki çıxışında Xocalı faciəsini də dünyada törədilən soyqırımlar və kütləvi qətllər sırasında qeyd edib.
APA xəbər agentliyinin İsrail XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, antisemitizmə, şovinizmə və bəşəri cinayətlərə qarşı mübarizədən söz açan İsrail prezidenti bildirib ki, dünya ictimaiyyəti həddən çox göz yaşı tökür, amma daha az iş görür: “Bu gün biz özümüzdən soruşmalıyıq ki, bizim assambleyanın soyqırımlara qarşı mübarizəsi yetərli olubmu? Bu mübarizə Bosniyadakı soyqırımın qarşısını almaq üçün kifayət qədər səmərəliydimi? Xocalıda insanların ölümünün qarşısını almaq üçün səmərəliydimi? Bəs Taliban tərəfindən əfqanların öldürülməsinin? Bu gün bu mübarizə Suriyada yetərlidirmi? Nigeriyada “Boko Haram”ın törədiklərinin qarşısını almaq üçün kifayət edirmi? Biz həddən çox göz yaşı axıdır, amma az iş görürük”.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb