Əfqanıstan prezidenti İslam ölkələri tərəfindən terrorizmə təzyiqin vacibliyindən bəhs etdi

Əfqanıstan prezidenti Əşrəf Qəni ölkəsindədə artan terror hücumları ilə bağlı açıqlama verərək, təhlükəsizlik qüvvələrinin terrorçulara lazımi cavabı verəcəyini qeyd etdi.

899544
Əfqanıstan prezidenti İslam ölkələri tərəfindən terrorizmə təzyiqin vacibliyindən bəhs etdi

 İndoneziya prezidenti Joko Widodo Əfqanıstanın paytaxtı Kabilə səfər etdi.
 
 Əfqanıstan prezidenti Əşrəf Qəni həmkarı Widodonu Prezident Sarayında rəsmi mərasimlə qarşıladı.
 
Qəni İndoneziyanın  müsəlman əhalisinin ən sıx yaşadığı ölkələrdən biri olduğunu bildirərək, fərqli etnik qrupların yaşadığı ölkədə birlik və bərabərliyin bərqərar olmasının əhəmiyyətindən danışdı.
 
 Əfqanıstanda sülhün təmin olunması üçün İndoneziyadan dəstək istədiklərini ifadə edən Qəni İslam ölkələri tərəfindən terrorizmə təzyiqin vacibliyini vurğuladı.
 
 Əfqanistan prezidenti son vaxtlar ölkədə artan terror hücumlarından bəhs edərək təhlükəsizlik qüvvələrinin terrorçulara lazımi cavabı verəcəyini qeyd etdi.
 
Qəni terror təşkilatı Talibanın cəbhədə məğlub olduğuna və bu səbəbdən mülki vətəndaşlara qarşı hücumları artırdığına diqqət çəkdi və Talibanın müharibə ilə məqsədlərinə çata bilməyəcəyini vurğuladı.
 
 İndoneziya prezidenti Widodo  ölkəsinin Əfqanıstana müxtəlif sahələrdə yardım etməyə hazır olduğunu bildirdi.
 
 Widodo  Əfqanıstanda sabitliyin təmin olunması üçün əllərindən gələni edəcəklərini, təhsil sahəsində də dəstək olacaqlarını qeyd etdi.



Әlaqәli Xәbәrlәr