Amerika Birləşmiş Ştatları qeyri-qanuni miqrantları deportasiya etməyə başladı

Qyri-qanuni miqrantların deportasiyası Çikaqo şəhərinin təxminən 50 kilometr məsafəsindəki Qari Hava Limanında kiçik bir qrupun etirazına baxmayaraq başlandı.

898017
Amerika Birləşmiş Ştatları qeyri-qanuni miqrantları deportasiya etməyə başladı
abd gocmenler sinirdisi1.jpg

Amerika Birləşmiş Ştatlarında  qeyri-qanuni miqrantlar deportasiya edilməyə başlandı.
 
 Prezident Donald Trampın vəzifəyə gəlişi ilə ölkə gündəmində böyük mübahisələrə səbəb olan qeyri-qanuni miqrantların deportasiyası Çikaqo şəhərinin təxminən 50 kilometr məsafəsindəki  Qari Hava Limanında kiçik bir qrupun etirazına baxmayaraq başlandı.
 
Deportasiya əməliyyatı məxfilik şəraitində həyata keçirildi.

 İndiananın şimalında yaxalanan onlarla qeyri-qanuni miqrant da World Atlantik Hava Yollarına məxsus təyyarəyə mindirilərək ölkədən çıxarıldı.
 
  Polis maşınlarının müşayiəti ilə şüşələri boyalı iki mikroavtobusla hava limanına aparılan qeyri-qanuni miqrantların əllərinin və ayaqlarının qandallandığı görüldü.
 
 Miqrantlar arasında qadınların da olması diqqəti çəkdi.
 
 Deportasiyaya hava limanına gedən kiçik bir qrup etiraz etdi.
 
Üzərində "Ədalət yoxdursa, sülh də yoxdur" və "Qaçqınlar olmasaydı, Trumpın xanımı da olmazdı" yazılmış plakatlar daşıyan etirazçılar "Ədalət istəyirik, indi istəyirik" və "Qaçqınlara azadlıq" şüarları səsləndirdilər.
 
 



Әlaqәli Xәbәrlәr