Donald Tramp Fələstini təhdid etdi

ABŞ prezidenti Donald Tramp  Fələstin rəhbərliyini sülh masasına oturmayacaqları təqdirdə maliyyə yardımını kəsməkdə təhdid etdi.

897333
Donald Tramp Fələstini təhdid etdi

ABŞ prezidenti Donald Tramp  Fələstin rəhbərliyini sülh masasına oturmayacaqları təqdirdə maliyyə yardımını kəsməkdə təhdid etdi.

İsveçrənin Davos qəsəbəsində keçirilən 48-ci Beynəlxalq İqtisadi Forumu davam edir.

17 ildən sonra zirvədə iştirak edən ilk ABŞ prezidenti olan Tramp yenə qalmaqal yaratdı.

Tramp Davosda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdü.

Tramp görüşdən əvvəl mətbuata açıqlamasında masa arxasına oturmayanadək və danışıqlara başlamayanadək fələstinlilərə yardım verilməyəcəyini qeyd etdi.

Tramp Fələstin rəhbərliyinin ABŞ-ın vitse-prezidenti Mayk Penslə (Mike Pence) görüşməkdən imtina etməsini də tənqid etdi.

Digər tərəfdən İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin ilə keçiriləcək sülh danışıqları üçün yeni bir plandan danışdı.

İki dövlətli həll yolunu qəbul etməyən Netanyahunun yeni planı fələstinlilərin özünüidarəetmə əsasını əhatə edir, ancaq plan bölgədəki təhlükəsizliyin nəzarətinin İsrailin əlindən olmasından tərəfdir.



Әlaqәli Xәbәrlәr