Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub

Mәlumata görә, Viorica Dancila son 7 ay ərzində ölkənin 3-cü baş naziri olub.

890792
Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub

Rumıniya prezidenti Klaus İohannis Avropa Parlamentinin üzvü, iqtidardakı Sosial Demokrat Partiyasından namizədi Viorica Dancilanı ölkənin baş naziri təyin edib.

Mәlumata görә,  Dancila son 7 ay ərzində ölkənin 3-cü baş naziri olub.

Ölkə prezidenti parlamentdən Dancilanın təyinatını qısa müddət ərzində, fevralın 1-ə qədər təsdiqlənməsini tələb edib.

Qeyd edәk ki, Viorica Dancila Rumıniyanın ilk qadın baş naziridir. 

Xatırladaq ki, Rumıniyanın baş naziri Mixay Tudose vəzifəsindən istefa verib. 



Әlaqәli Xәbәrlәr