Hollandiyanın XİN rәhbәri Fәlәstinә sәfәr edib

Hollandiyanın xarici işlər naziri Halbe Zijlstra Fәlәstinә sәfәr edib.

886706
Hollandiyanın XİN rәhbәri Fәlәstinә sәfәr edib

Hollandiyanın xarici işlər naziri Halbe Zijlstra Fәlәstinә sәfәr edib.

Rәsmi görüşlәr keçirmәk üçün bölgәyә sәfәr edәn  Zijlstra  Fәlәstinin dövlәt başçısı Mahmud Abbas tərəfindən qəbul edilib.

Fәlәstindәki hadisәlәr  vә İsraillә siyasi prosesin gündәmә gәldiyi görüşdә Amerika Birlәşmiş Ştatlarının Qüdslә bağlı qәrarı müzakirә olunub, hәmçinin  Fələstin-İsrail probleminin həll edilməsi üçün beynəlxalq mexanizm yaradılması ilә bağlı çağırış edilib.

Abbas  regiondakı son proseslərlə yanaşı paytaxtı Şәrqi Qüds olan Fələstin dövlətinin  yaradılması və işğalın sona çatdırılması üçün Fələstin tərəfinin atdığı addımlarla bağlı Hollandiyalı naziri məlumatlandırıb.

Hollandiyanın xarici işlər naziri Halbe Zijlstra sәfәri çәrçivәsindә hәmçinin  baş nazir Rami әl- Hamdallah ilə bir araya gəlib.

Fәlәstin Nazirlәr Kabinetindәn verilәn açıqlamaya görә, görüşdә Fәlәstindaki son siyasi vә iqtisadi proseslәr müzakirә olunub.

Hamdallah  Hollandiyanın XİN rәhbәrinә İsrail əsgərlərinin Fələstinin kәndlәrinә tәşkil etdiyi basqınlarla bağlı mәlumat verib.

Fәlәstin xarici işlәr naziri Riyad Malikinin dә iştirak etdiyi görüşdә iki ölkә arasındakı münasibәtlәrin möhkәmlәndirilmәsi  mәsәlәsi dә müzakirә olunub.



Әlaqәli Xәbәrlәr