Parisdə bir gecədə 5 milyon avroluq ləl-cəvahirat oğurlandı

Üç oğru əlində bıçaq, kiçik saplı balta və ət doğrayan dəhrələrlə otelə girib, ləl-cəvahirat və bəzəklərin toplandığı vitrinləri qırıb, təxminən 5 milyon avroluq dəyərində zinət əşyalarını çantalara yığıb və ...

886214
Parisdə bir gecədə 5 milyon avroluq ləl-cəvahirat oğurlandı

  Fransanın paytaxtı Parisin simvol meydanlarından olan Vendomdakı lüks oteldən təxminən 5 milyon avroluq bəzək və zinət əşyaları oğurlanıb.  

  Yanvarın 10-da axşam Parisin zərgər mağazaları ilə məşhur Vendom Meydanında yerləşən lüks otelin qarətə məruz qaldığı ortaya çıxan kimi oğurlanmış zinət əşyalarının bir qismi hadisənin törədildiyi saatlarda ələ keçirildi.

  “Le Parisien” qəzetinin xəbərinə görə, üç oğru əlində bıçaq, kiçik saplı balta və ət doğrayan dəhrələrlə otelə girib, ləl-cəvahirat və bəzəklərin toplandığı vitrinləri qırıb və təxminən 5 milyon avroluq dəyərində zinət əşyalarını çantalara yığaraq qaçmağa çalışıb.

  Bu zaman çıxış qapılarının avtomatik bağlanması nəticəsində içəridə qalan soyğunçular oğurladıqları ləl-cəvahiratı oteldən kənarda gözləyən iki nəfərə pəncərədən atmağa nail olublar.

  Bayırda gözləyən biri avtomobil, digəri motosikletli iki nəfər çantaları alaraq uzaqlaşıb. Motosikletli soyğunçu qaçarkən çantalardan biri düşüb.

  Otelin içində cinayət üstündə yaxalanan üç oğru tutulub.

  Zinət əşyaları ilə qaçan avtomobil və motosiklet sürücüləri isə axtarılır.



Әlaqәli Xәbәrlәr