Misirdə seçki təqvimi açıqlandı

Misir Mərkəzi Seçki Komissiyasının sədri Laşin İbrahim seçki təqvimi ilə əlaqəli mətbuat konfransı keçirdi.

884741
Misirdə seçki təqvimi açıqlandı

Misir Mərkəzi Seçki Komissiyasının sədri Laşin İbrahim seçki təqvimi ilə əlaqəli keçirdiyi mətbuat konfransında ilk turda ölkədən kənarda səsvermə prosesinin 16,17,18 martda baş tutacağını, Misirdəki seçicilərin isə 26,27,28 martda səs verəcəklərini söyləyib.

İlk tur nəticələrinin aprelin 2-də elan olunacağını deyən İbrahim 50 faizdən artıq səs toplayan namizəd olmayacağı təqdirdə ən yüksək səs yığan iki namizədin ikinci turda yarışacağını xatırladıb.

İbrahim ikinci turda ölkədən kənarda səsvermə işlərinin 19, 20 və 21 apreldə, ölkə daxilində isə 24, 25 və 26 aprel tarixlərində baş tutacağını, bu şərtlərdə qələbə çalan namizədin may ayında elan ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr