"İran öz problemlərilə özü məşğul olsun, ABŞ qarışmasın", V.Nebenziya

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Amerika Birləşmiş Ştatlarının tələbilə İranda davam edən etirazlarla bağlı toplantı edib.

882868
"İran öz problemlərilə özü məşğul olsun, ABŞ qarışmasın", V.Nebenziya

     ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley İran xalqının ölkə daxilində 19790cu ildən bəri çox nöqtəyə gəldiklərini, hökumətə qarşı üsyana qalxdıqlarını deyib: “Basqı edən hökumətdən cana gəlmiş cəsur insanlar həyatlarını riskə ataraq etiraz edirlər. Dünya İran xalqının cəsarətini alqışlamalıdır. İranlıların səsini eşitmək lazımdır... İran Suriyada Əsəd rejimini dəstəkləmək üçün ən azı 6 milyard dollar xərcləyib və bunu bilən xalq hökumətə etiraz edir... İran Yəməndə də Husilərə milyonlarla dollar və başqa ölkələrə atmaq üçün balistik raket göndərir. İranda orta gəlir səviyyəsinə malik ailələr 10 il əvvələ görə 50 faiz yoxsullaşıb... İran xalqı hökumətin terrorizmə dəstək verməsini buraxması, milyardlarla dolları qatillərə və diktatorlara göndərməməsi üçün küçələrə çıxıb. Azadlığı dəstəkləyən ölkələr İran xalqının yanındanır. Amma bundan artığını etməliyik... İranda insan haqları pozulur. Bu ölkə rejimi internetə daxil olmanı əngəlləyir və xalqı susdurmağa çalışır... ABŞ azadlıq, rifah və etibar axtarışında olan iranlıların yanındadır. Bu məsələdə səssiz qalmayacağıq".

  Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassili Nebenziya isə ABŞ-ın saxta bəhanələrlə İranın daxili işlərinə qarışmasını tənqid edib: “Bu gün bir daha ABŞ-ın BMT-dən sui-istifadə etdiyinin şahid oluruq. Buraxın, İran öz problemlərilə özü məşğul olsun. Vəziyyəti Əfqanıstan, Suriya, Liviya, İraq, Yəmən, Şimali Koreya və Afrikadakı münaqişələrə döndərməyin.”  

  Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre İrandakı etirazların beynəlxalq sülh və təhlükəsizliyi təhdid etmədiyini bildirərək bu ölkəyə qarşı hər hansı bir müdaxilənin tərs nəticə verə biləcəyini söyləyib.

  Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Metyu Rikroft etirazlar zamanı ölüm və şiddət hadisələrinə son qoyulması üçün çağırış edib: “İranda edam cəzası tətbiq olunmağa davam etdikcə ifadə və dini azadlığı məhdudlaşır və bu, son dərəcə narahatlıq verir. Rifahlı və sabit İran hər kəsin xeyrinə olar".



Әlaqәli Xәbәrlәr