ABŞ BMT fonduna ayrılan pulun 285 milyon dollarını ixtisar edir

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley 2018-2019 maliyyə ilində BMT üçün ayırdığı büdcəni 285 milyon dollar ixtisar edəcəyini açıqlayıb.

875595

Mövzuya dair məlumat yayan Haley büdcənin ixtisar edilməsinin“doğru istiqamətdə atılmış böyük bir addım” olduğunu bildirib. O deyib ki, BMT-nin təsirsiz və ifrat xərcləri məlumdur. Bundan sonra Amerika xalqının comərdliyindən sui-istifadə edilməsinə və bunun nəzarətsiz qalmasına icazə verməyəcəyik.

2018-2019 maliyyə ilində BMT büdcəsinə ayıracağı hissədən 285 milyon dollar ixtisar etməyi qərara alan ABŞ bu mövzuda hələ də ən çox dəstək verən ölkə mövqeyindədir. BMT-nin bundan sonrakı iki illik müddət üçün olan 5,4 milyard dollarlıq bütcəsindən 3,3 milyard dollarını ABŞ ödəyir. ABŞ həmçinin BMT tərkibində göstərilən “sülhü qoruma cəhdləri” üçün də ayrı maliyyə dəstəyi göstərir.

Etiketlәr: #BMT , #büdcə , #ABŞ

Әlaqәli Xәbәrlәr