Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Yeni qərara əsasən sanksiyaların müddəti 6 ay - 2018-ci il iyul ayının 31-dək uzadılıb.

873614
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Yeni qərara əsasən sanksiyaların müddəti 6 ay - 2018-ci il iyul ayının 31-dək uzadılıb.

Mövcud sanksiyaların müddəti 31 yanvar 2018-ci ildə bitirdi.

Qeyd edək ki, Aİ 2014-cü ildə Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya iqtisadi sanksiyalar tətbiq etmişdi.

 Uzadılan iqtisadi sanksiyalara əsasən Aİ üzvü olan 28 ölkə Rusiyaya silah satmır.

Eyni zamanda, Rusiyanın neft və qaz sektorlarında istifadə olunan bəzi texnologiyaları Aİ ölkələrindən alması məhdudlaşdırılıb. Rusiyanın dövlət bankları Avropada maliyyə sektorundan xaric olunub.
 
 Xüsusilə enerji, ticarət sahələrində və investisiyalarda müxtəlif məhdudiyyətləri nəzərdə tutan sanksiyalar hər 6 ayda bir uzadılır.
 



Әlaqәli Xәbәrlәr