Donald Tramp BMT-nin Qüdslə bağlı qətnaməsini dəstəkləyən ölkələri hәdәlәdi

ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assambleyasında müzakirəya çıxarılacaq Qüdsün statusu ilə bağlı məsələyə münasibətdə Amerikanın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının kəsiləcəyi ilə hədələyib.

872606

Mәlumata görә, bunu o, Ağ Evdә çıxışı zamanı deyib.

Donald Tramp bildirib ki: ‘‘Onlar bizdən milyonlarla, hətta milyardlarla dollar vəsait alır, sonra isə əleyhimizə səs verirlər. Səs versinlər – biz bunu nəzərə alıb xeyli pula qənaət edərik. Bu bizi narahat etmir”.

Xatırladaq ki, dekabrın 18-dә  BMT Tәhlükәsizlik Şurasının  Yaxın Şərq nizamlanması üzrə iclası keçirilib.

İclasda Misirin təşəbbüsü ilə Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Layihə ilə bağlı səsvermə zamanı 15 üzv ölkənin 14-ü onun lehinə səs verib. Lakin ABŞ  veto hüququndan istifadə edərək layihənin əleyhinə səs verib.

Әlaqәli Xәbәrlәr