İspaniya Fələstin mühacirlərinə yenə 2 milyon avro yardım etdi

İspaniya Birləşmiş Millətlər Təşkilatının Fələstin Mühacirlərinə Yardım Təşkilatına (UNRWA) 2 milyon avro bağışlayıb.

871800
İspaniya Fələstin mühacirlərinə yenə 2 milyon avro yardım etdi

   Təşkilatın yazılı şərhində bildirilir: “İspaniya hökuməti ölkənin Beynəlxalq Əməkdaşlıq Agentliyi vasitəsilə BMT-nin Fələstin Mühacirlərinə Yardım Təşkilatına səhiyyə və sosial xidmətlər üçün 2 milyon avro ayırdı. Bu çərçivədə sayı 5,3 milyonu keçən fələstinli qaçqın və təşkilatın olduğu ərazilərdə 500-dən çox uşağa humanitar yardım ediləcək.”

  Qeyd edək ki, İspaniya 2007-ci ildən bu vaxtadək İspaniya Beynəlxalq Əməkdaşlıq Agentliyinin xəttilə fələstin qaçqınlarına 94,4 milyon avroya qədər humanitar yardım edib.



Әlaqәli Xәbәrlәr