Jean Yves Le Drian : ‘‘Fransa Tel Әvivdәki sәfirliyini Qüdsә köçürmәk niyyәtindә deyil’’
Le Drian RTL radiosuna müsahibә verib.
Fransanın XİN rәhbәri Jean Yves Le Drian ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qәrarı ilә bağlı verdiyi açıqlamada bildirib ki: ‘‘Franda Tel Әvivdәki sәfirliyini Qüdsә köçürmәk niyyәtindә deyil’’
Le Drian RTL radiosuna müsahibә verib. XİN rәhbәri müsahibә zamanı Trampın Qüsdlә bağlı qәrarı, Şimali Koreya, İran vә bazar ertәsi günü ABŞ-a edәcәyi sәfәri ilә bağlı bәyanatlar verib.
Le Drian fәlәstinlilәrә bir ümid vә perspektiv verilmәsinin vacibliyini vurğulayıb. O, hәmçinin İsrailin dә mәsuliyyәtlәrini qәbul etmәsinin zәruri olduğunu söylәyib.
Le Drian ölkəsinin bölgәdә masaya yatırılacaq hər növ sülh prosesini dəstəkləyəcəyini qeyd edib.
Fransanın xarici işlәr naziri Le Drian dekabrın 18-dә ABŞ-a sәfәr edәcәyini vә amerikalı həmkarı Reks Tillerson ilə görüşəcəyini xatırladıb. O, görüşdә gündәmdәki mәsәlәlәrin müzakirә olunacağını vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.