ABŞ-ın qalmaqal yaradan Qüds qərarına göstərilən reksiyalar davam edir

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarına etiraz olaraq bəyənat yayıb.

867347
ABŞ-ın qalmaqal yaradan Qüds qərarına göstərilən reksiyalar davam edir

ABŞ-ın qalmaqal yaradan Qüds qərarına göstərilən reksiyalar davam edir.

 Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi qərarına etiraz olaraq bəyənat yayıb.

Qeyd olunub ki, Qüdsün Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, müsəlmanlar və əhli-Kitab üçün özəl məqam olaraq qorunub saxlanılması, sülh, barış məkanı olması vacibdir və dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir. 

Bəyanatda o da vurğulanıb ki, Orta Şərqin bu həssas bölgəsində sülh və əmniyyətin bərqərar olmasına böyük əngəl olan, təhlükəsizliyi təhdid edən, bölgədə gərginliyi artıran və dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə qınanılan bu qərara Qafqaz müsəlmanları adından qətiyyətlə etiraz edirik. Milyonlarla dindarın iradəsini ifadə edərək, 1967-ci ildə BMT Təhlükəsizlik Şurasının Fələstin xalqının hüquqlarını təsbit edən Qüdslə bağlı qətnaməsinin yerinə yetirilməsində dəstəyimizi dilə gətiririk.



Әlaqәli Xәbәrlәr