İki həmkar dünyadakı vəziyyəti müzakirə etdilər

Vyanada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib.

863772
İki həmkar dünyadakı vəziyyəti müzakirə etdilər

Vyanada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib. 

 Yayılan məlumata görə, iki həmkar arasındakı görüş ATƏT XİN rəhbərləri Şurasının iclası çərçivəsində baş tutub.  

 Bir saata yaxın davam edən görüş zamanı nazirlər Suriyaya dair Cenevrə danışıqlarının bərpasını alqışlayıblar, həmçinin, Şimali Koreya ətrafındakı vəziyyəti, ABŞ-ın Əfqanıstandakı yeni strategiyasından da danışıblar. 

Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson həmçinin ölkə prezidentləri arasında Vyetnamda əldə olunan razılaşmaların icrasını müzakirə ediblər.

Bu arada Lavrov Tillersonla keçirdiyi görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada Şimali Koreya mövzusunda cəbhələşmə, təxribatçılıq və macəra kimi çıxılmaz prosesə son qoyulmasının vacibliyini dilə gətirib.

Lavrov deyib ki, Şimali Koreya təhlükəsizlik mövzusunda ABŞ ilə müzakirəyə hazırdır. Biz də bu müzakirələrin keçirilməsi üçün dəstək verməyə hazırıq.

Lavrov Şimali Koreya ilə əlaqəli problemlərin sadəcə sülh yolu ilə həlli üçün əməkdaşlığı davam etdirmək barədə çağırış da edib. 



Әlaqәli Xәbәrlәr