“Biz bu mövzuda mövcud BMT qərarlarına əməl edirik”, A.Merkel

Almaniya kansleri Angela Merkel ABŞ-ın qəbul etdiyi qərarla həmfikir olmadıqlarını bildirib.

863820
“Biz bu mövzuda mövcud BMT qərarlarına əməl edirik”, A.Merkel

Almaniya kansleri Angela Merkel ABŞ-ın “Qüdsü İsrailin paytaxtı kimi tanıma” və “ABŞ səfirliyini Qüdsə köçürmə” qərarına toxunaraq deyib ki, biz bu mövzuda mövcud BMT qərarlarına əməl edirik. Bu qərarlarda iki dövlətin qurulması istiqamətindəki müzakirələr çərçivəsində Qüdsün statusunun müzakirəyə çıxarılması da nəzərdə tutulur.  Belə bir prosesə fəallıq qazandırılmasını diləyirik, ancaq ABŞ-ın qəbul etdiyi qərarla həmfikir deyilik.

Merkel ölkəsində rəsmi səfərdə olan Liviyanın Milli Razılıq Hökuməti Prezidentlik Şurasının sədri Fayiz əs-Sərrac ilə paytaxt Berlində keçirdikləri görüşdən sonra birgə mətbuat konfransında Trampın “Qüdsü İsrailin paytaxtı olaraq tanıma” qərarı ilə bağlı suala cavab verərək deyib ki, Avropa ölkələri Orta Şərqdə bir başlarına cəhd göstərərək nəticə ələ edə bilməyəcəklər. Avropa bu məsələ üçün cəhd göstərə bilər, ancaq bunun üçün ABŞ-a da ehtiyac var. Biz bu məsələdə mövcud BMT qərarlarına əməl edirik.

Fayiz əs-Sərrac da ABŞ prezidenti D.Trampın Qüdslə bağlı qərarını tənqid edərək bildirib ki, Fələstin davasını dəstəkləyirik. Bu mövcuda təktərəfli qərarlar qəbul edilməməlidir. Bu, bölgədəki sülhü təhdid edər. Həmin zamanda daha ciddi problemlərə aparıb çıxarar.



Әlaqәli Xәbәrlәr