Qüdsün xrisrtian din xadimləri Trumpı qərarından imtina etməyə çağırdılar

Qüdsün xristian din xadimləri Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpa müraciət edərək, onu Tel -Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi planından imtina etməyə çağırdılar.

863221
Qüdsün xrisrtian din xadimləri Trumpı qərarından imtina etməyə çağırdılar

Qüdsün xristian din xadimləri Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpa müraciət edərək, onu Tel -Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi planından imtina etməyə çağırdılar.
 
Xristian din xadimləri müraciətlərində Qüdsün mövcud statusunu dəyişəcək  bu addımdan narahat olduqlarını bildirdirərək: "Belə bir addımın Qüdsdə və müqəddəs torpaqlarda nifrət, qarşıdurma, zorakılıq və problemləri artıracağına, bizi birlik hədəfindən uzaqlaşdıraraq dağıdıcı bir ayrılığa səbəb olacağına əminik" dedilər.
 
 Digər yandan da, ABŞ-da İsrail baş naziri Benyamin Netanyahuya qarşı olan yəhudi qruplar prezident Donald Trumpın ölkəsinin Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi planına reaksiya göstərdi, İsrail  və Fələstin arasında daimi sülhün təmin olunmasının vacibliyini vurğuladılar.
 
"Sülh tərəfdarı yəhudilər" qrupunun rəhbəri Rebecca Vilkomerson Trumpın qərarını tənqid edərək:"70 ildir  İsrail ABŞ-ın dəstəyilə Fələstinlilərin torpaqlarını əllərindən alır və qeyri-qanuni yerləşdirmə fəaliyyətlərinə davam edir. İndi isə Trump bu münasubətləri daha fərqli bir səviyyəyə keçirməyə çalışır. Bu məsuliyyətsiz bir davranışdır. Bu, Fələstin və İsraildə yaşayanların həyatını təhlükəyə atır" dedi.
 
 "J Street" adlı qrup da sosial media hesabından  Trumpə qərarından imtina etməyə çağıraraq:" Trumpın qərarı İsrail və Fələstin arasındakı problemlərin  həlli yolu deyil, əksinə problemi  daha böyüdür"dedi.

 Özlərini sionizm əleyhdarı pravoslav yəhudilər kimi tanıdan "Neturei Karta İnternational" adlı qrup da Trumpın Qüdslə bağlı qərarını tənqid etdi.
 
 Qrup yazılı açıqlamasında: " ABŞ-ın xarici siyasəti real həyatla üst-üstə düşmür. Trump bu düşüncəsiz təşəbbüsünə görə tənqid olunmalıdır. Trumpdan bu planını yenidən düşünərək bütün tərəflərin mənfəətinə xidmət edəcək bir qərar qəbul etməsini tələb edirik" deyə bildirdi.
 
 Qeyd edək ki, ABŞ-da 1995-ci ildə çıxan Qüds Səfirlik Qanununa görə, İsrailin paytaxtı Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi nəzərdə tutulur. Lakin sözügedən qanun 22 ildir Bill Clinton,George W. Bush və Barack Obamanın prezidentlik dövrlərində hər 6 ayda bir "milli təhlükəsizlik" səbəbilə təxirə salınırdı.



Әlaqәli Xәbәrlәr